Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt > SON DƏQİQƏ! Bakı polisi əməliyyat keçirdi - Saxlanılanlar GÖRÜN KİMLƏR İMİŞ
SON DƏQİQƏ! Bakı polisi əməliyyat keçirdi - Saxlanılanlar GÖRÜN KİMLƏR İMİŞ13-04-2022, 02:33. Yazar: Xeberaz |
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, paytaxtın Nəsimi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatlar keçirilib. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 4 nəfər saxlanılıb. Onlardan ümumilikdə 2 kiloqram kokain, heroin, psixotrop maddə metamfetamin və elektron tərəzilər götürülüb. Əməliyyatlar zamanı saxlanılan Musa Abdullayevdən külli miqdarda yüksək təsiredici xassəyə malik kokain, 130 ədəd psixotrop tərkibli həb, Mahir Abdullayev, Əli Əliyev və Faiq Əliyevdən də müxtəlif xassəli narkotik vasitələr aşkar olunu. Faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət İşi başlanılıb. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Adları çəkilən şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir. Geri dön |