Ana Sayfa > Bütün xəbərlər / Karusel / İqtisadiyyat / Gündəm / Hadisə / M2 / Aktual > İsmayıllı meşələrində nə baş verir? - Şikayətçilər danışır (VİDEO

İsmayıllı meşələrində nə baş verir? - Şikayətçilər danışır (VİDEO


9-04-2022, 12:50. Yazar: Xeberaz
İsmayıllı rayon Quşencə kənd sakinləri Mustafayev Taleh Pənah oğlu və Mustafayev Pənah Xanoğlan oğlu Qaynar TV-yə müraciət edərək aldadılmaları barədə şikayət ediblər. 
Ata-oğulun şikayətlərindən məlum olur ki, onlar kəndin yaxınlığında yerləşən meşənin Şamil adlı gözətçisi ilə razılaşaraq ərazidə qoz ağacları əkməyi planlaşdırıblar. Bu məqsədlə həmin sahəni kol-koslardan təmizləyiblər. Ərazi təmizləndikdən sonra onların arasında müqavilə imzalanmalı imiş. 
Lakin sən saydığını say... Ərazi təmizləndikdən sonra Quşencə kənd bələdiyyəsinin sədri həmin yerə gələrək buranın bələdiyyəyə məxsus olduğunu söyləyib və təmizlənən kol-kosa, kəsilən ağaclara görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional idarəsinə müraciət edib.
Daha ətraflı Qaynar TV-nin materialında...

Geri dön