Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / İdman / Reportaj > Cəlal Qurbanov obyekt sahibini döydü - Video

Cəlal Qurbanov obyekt sahibini döydü - Video


9-04-2022, 04:01. Yazar: Xeberaz



Tanınmış prodakşn rəhbəri Cəlal Qurbanov obyekt sahibini döyüb.
Sabah.az Report-a istinadən xəbər verir ki, hadisə aprelin 6-sı, saat 14:40 radələrində paytaxtın Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 36 ünvanında yerləşən “Pinachi” kimyəvi təmizləmə mərkəzində qeydə alınıb.
C.Qurbanov və onun bir neçə tanışı obyektin sahibi Fəhmin Əlizadənin üzərinə hücum edərək onu döyüblər.
Hadisə ilə bağl Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng Mərkəzinə müraciət edilib. DİN-dən bildirilib ki, həmin tarixdə Yasamal rayon sakini C.Qurbanov xuliqanlıq zəminində Xətai rayon sakini F.Əlizadəni döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib:
“Xəstəxanada Fəhmin Əlizadəyə tibbi yardım göstərilib və daha sonra o, evə buraxılıb”.
Zərərçəkmişin vəkili Hikmət Əliyev deyib ki, hazırda Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsində araşdırma aparılır.
Qeyd edək ki, C.Qurbanov Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şair, “Fire Land” prodakşnın rəhbəri, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının vitse-prezidenti və Azərbaycan Milli Güləş Federasiyasının prezidentidir.






Geri dön