Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Şou-Biznes / Foto-fakt > "Jara"nın yerinə bu festival keçiriləcək
"Jara"nın yerinə bu festival keçiriləcək6-04-2022, 16:23. Yazar: Xeberaz |
Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən "Jara" beynəlxalq musiqi festivalının adı dəyişdirilərək "Sea Breeze Summer Fest" olub. "Xeberaz.Az" xəbər verir ki, tədbir iyulun 25-dən 29-na kimi davam edəcək. Beş gün davam edəcək musiqili gecədə 150-yə yaxın məşhur yer alacaq. Festivalda Basta, Jah Khalib, Zivert, HammAli & Navai, Jony, Artik & Asti, Eminin solo konserti olacaq. Tədbirdə türkiyəli müğənni Kənan Doğulu, Minelli, Morandi, Outlandish də çıxış edəcək. Qeyd edək ki, "Jara" üçün alınan biletlər sözügedən festival üçün də keçərlidir. Geri dön |