Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Foto-fakt > ŞAQMAN Markalı Yük maşını qəza törətdi-FOTO
ŞAQMAN Markalı Yük maşını qəza törətdi-FOTO29-03-2022, 15:32. Yazar: Xeberaz |
Bir neçə dəqiqə bundan öncə daha dəqiq 29 mart, 2022-ci il saat 12 radələrində Ağstafa rayon ərazisində, rayonun giriş yol dairəsi yaxınlığında ağır yol nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, hərəkətdə olan , QAZAX- Gəncə sərnişindaşımanı həyata keçirən 20- EE -929 dövlət nömrə nişanlı Mersedes markalı mikroavtobus, qarşı tərəfdən gələn ŞAQMAN markalı iriqabaritli yük avtomaşını idarəetməni itirərək mikroavtobusla toqquşraq qəza törədib. Hadisə nəticəsində 4 nəfər həlak olub, xeyli sayda yaralıların olduğu bildirilir.Hadisə yerinə hərzaman çevikliyi ilə müşaiyət olunan FHN- nin Xüsusi riskli Xilasetmə Briqadasının Şəmkir regional bölüyünün xilasediciləri gələrək oradakı dəhşətli hadisəyə görə ilk yardımı heç bir lazımi avadanlıqlar olmadan çeviklik göstərərək, mikroavtobusda sıxılıb qalmış digər sərnişinləri ölümdən qurtarmışlar. Hadisənin təfərrüatları və səbəbləri araşdırılır. Dəhşətli qəza barədə əlavə məlumat da veriləcək. Xəyyam Qurbanlı. Geri dön |