Ana Sayfa > Bütün xəbərlər / Karusel / İqtisadiyyat / Gündəm / Hadisə / Foto-fakt / Reportaj > Bakının mərkəzində “yaşıl terror” - Ağacları kəsib obyekt tikmək istəyirlər - VİDEO

Bakının mərkəzində “yaşıl terror” - Ağacları kəsib obyekt tikmək istəyirlər - VİDEO


21-03-2022, 11:10. Yazar: Xeberaz
Bakıda növbəti dəfə ağacların kəsilməsi faktı qeydə alınıb.
 "Xeberaz.Az"    xəbər verir ki, bu gün Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 4/6. (Madonun arxasi) ünvanında iri gövdəli ağaclar məhv edilib.

Sakinlərin çoxsaylı müraciətlərindən sonra hadisə yerinə aidiyyəti qurumların əməldaşları gəlib.

Amma onlar gələnə kimi ərazidə iki ədəd tut, iki ədəd “Çörək ağacı” kökündən kəsilib. Məlumata görə ağacları kəsməkdə məqsəd həmin yerdə obyekt tikməkdir. Bildirilir ki, ağacları kəsdirən şəxs həmin ünvandakı evin sahibidir.

İş günü olmadığından məsələ ilə bağlı rəsmi açıqlama almaq mümkün olmayıb.
Əlavə məlumat veriləcək.
Geri dön