Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Dünya / Aktual > SON DƏQİQƏ: Məşhur kriminal avtoritet güllələndi – FOTOLAR

SON DƏQİQƏ: Məşhur kriminal avtoritet güllələndi – FOTOLAR


10-03-2022, 09:04. Yazar: Xeberaz

Martın 7-si gecə saatlarında Ermənistanın paytaxtı İrəvanda silahlı insident baş verib.
“Xeberaz.Az" xəbər verir ki, saat 23.40-da İrəvanda fəaliyyət göstərən “Astxik” Tibb Mərkəzinə odlu silahla yaralanmış gənc gətirilib.
Polis həmin şəxsin İrəvan sakini 26 yaşlı Andranik Nersisyan olduğunu müəyyənləşdirib.
Hüquq mühafizə orqanlarının məlumatına görə, hadisə 115 saylı evin qarşısında baş verib. Naməlum şəxs Nersisyana bir neçə dəfə atəş açaraq hadisə yerini tərk edib. Olay yerində 8 giliz, 5 güllə, qan izləri və zədələnmiş “Mercedes” markalı avtomobil aşkar edilib.


Faktla bağlı cinayət işi başlanıb. Məlumata görə, yaralanan şəxs kriminal avtoritedir. O, kriminal dairələrdə Andulik ayaması ilə tanınır.








Geri dön