Ana Sayfa > --- > Tarrantın silahındakı erməni yazısı deşifrə edildi - Foto

Tarrantın silahındakı erməni yazısı deşifrə edildi - Foto


15-03-2019, 20:28. Yazar: Xeberaz


Ermənistan mediası bu gün Yeni Zelandiyada iki məsciddə ibadət zamanı müsəlmanları gülləbaran edən terrorçunun silahının üstündə müxtəlif dillərdə, o cümlədən erməni dilində yazılmış qeydləri deşifrə etməyə çalışıb.
"Xeberaz.Az"-ın  məlumatına görə, erməni xəbər mənbələri bildirir ki, təcavüzkar 28 yaşlı ultra-sağ milliyyətçi Brenton Tarrantın atəş açdığı silahın darağı üzərində erməni dilindən savayı ispan, ingilis, serb, polyak dillərində də yazılar əks olunub.
Saytın şərhinə görə, bu qeydlər tarixin müxtəlif dönəmlərində anti-türk və anti-müsəlman əməlləri ilə məşhurlaşmış insanların adlarını və tarixi hadisələri xatırladır.
Həmin qeydlərin mənası təxminən belə izah edilir:
Josue Estebanes - 23 yaşındakı Jose Estebanes 2018-ci ilin yanvar ayında Madrid metrosunda ona hücum edən anti-faşist qrupun üzvünü öldürmüşdü və 29 il həbs cəzasına məhkum edilmişdi. Bu, Brenton Tarrantın Jose ilə ideoloji yaxınlığına işarə kimi qiymətləndirilə bilər.
Miloş Obiliç - Serb xalqının milli qəhrəmanı. 1389-cu ildə Osmanlı İmperatorluğu Balkanlara doğru irəliləyəndə serb hökmdarı Lazar Xrebeljanoviçin ordusunda xidmət edib. Döyüş zamanı Sultan Murada yaxınlaşmağa müvəffəq olan Miloş Obiliç onu qətlə yetirib, özü də sultanın mühafizəçiləri tərəfindən öldürülüb.
Luxemburg Sigizmund – Lüksemburqlu Sigizmund. 14-cü əsrin əvvəllərində IX Roma Papası Bonifasın rəhbərliyi altında türklərə qarşı səlib yürüşü başladı. Yürüşə qatılmaq üçün Avropanın hər yerindən gələn könüllülər Sigismundun bayrağı altında toplanmışdılar.
Feliks Kazimierz Potocki - Polşa-Litva Birliyindəki hərbi və siyasi lider. O, Polşanın nəcib ailələrindən hesab edilən Potocki nəslindəndir. 1698-ci ildə Podqais müharibəsində Osmanlılara qarşı döyüşüb.
Սարիղամիշի Ճակատամարտ – Erməni dilində tərcümədə "Sarıqamış Qəhrəmanlığı” mənasında yazılmış bu ifadə Sarıkamış döyüşünü önə çəkir. Bu döyüş I Dünya müharibəsi zamanı - 1914-cü ilin dekabrında Rus Qafqaz ordusu ilə Osmanlı qoşunları arasında baş verib və Osmanlının 3-cü ordusunun ağır məğlubiyyəti ilə nəticələnib.
İosif Qurko - İosif Vladimiroviç Romeyko-Qurko. O, 1877-1878-ci illərdə rus-türk müharibəsində Osmanlılara qarşı savaşmış rus general-feldmarşalıdı.
Vyana 1683 - 12 sentyabr 1683-cü ildə Osmanlı İmperiyası ilə Avstriya arasındakı müharibəyə diqqət çəkilir. Həmin döyüşdə paytaxt Vyana iki ay türklərin mühasirəsində qalmışdı. Bu hadisədən sonra Osmanlı imperiyasının Avropa torpaqlarından geri çəkilməsi başlayır.
Acre 1189 - Akra mühasirəsi: Üçüncü səlib yürüşünün ən mühüm döyüşü. 1189-cu ildə 2 illik mühasirədən sonra xaçpərəstlər 100 il boyunca Qüds Krallığının paytaxtı olmuş və strateji mövqeyinə görə xüsusi rola malik Akra şəhərini geri alıb.






Geri dön