Ana Sayfa > --- > Fatimə ilə Anar barışdı: "Düşmənlər çatlasın"

Fatimə ilə Anar barışdı: "Düşmənlər çatlasın"


11-03-2018, 17:21. Yazar: Xeberaz

Rəqqasə Fatimə Fətəliyeva ilə stilist Anar Ağakişiyev barışıblar. 

Bu barədə rəqqasə sosial şəbəkədə yazıb: 

“Anar, bilirəm ki, sənin də ürəyin mənim ürəyim kimidir – ürəyimiz qızıldır. Düşmənlər çatlasın, biz barışdıq. İşinin peşəkarı olan dostum, səndən yoxdur, tayın-bərabərin olmayacaq”. 

Xatırladaq ki, Anar verilişlərin birində Fatiməni geyimlərinə görə tənqid etmiş, onu “zövqsüz” adlandırmışdı. Fatimənin bu sözlərə isə cavabı gecikməmişdi. O, “Kimsən ki, məni zövqsüz adlandırırsan? Sən Yudaşkin ola bilməzsən, zövqdən danışmağa haqqın yoxdur. Pula satılmayın”, - deyə stilistə etirazını bildirmişdi. 



Geri dön