Ana Sayfa > --- > Şimşək və yağış - Nazirlikdən XƏBƏRDARLIQ

Şimşək və yağış - Nazirlikdən XƏBƏRDARLIQ


22-09-2017, 15:59. Yazar: Xeberaz




Sentyabrın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  verilən məlumata görə,  səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-22° isti, gündüz 29-34° isti, Bakıda gecə 19-21°, gündüz 30-32° isti olacaq. 
 
Tibbi-meteoroloji proqnoza əsasən, sabah Abşeron yarımadasında temperaturun bir qədər yüksək olması fonunda rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, sentyabrın 24-də mülayim xəzri küləyinin əsməsi müsbət amildir.
 
Sabah Azərbaycanın rayonlarında şimal rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər arabir duman olacaq, şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 29-34° isti, dağlarda gecə 10-15°, gündüz 19-24° isti olacağı gözlənilir.
 
Sentyabrın 23-ü gündüzdən sentyabrın 26-dək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.





Geri dön