Ana Sayfa > --- > Azərbaycanda benzinin keyfiyyəti ilə bağlı şikayətlər var - RƏSMİ

Azərbaycanda benzinin keyfiyyəti ilə bağlı şikayətlər var - RƏSMİ


7-09-2017, 11:22. Yazar: Xeberaz

Azərbaycanda benzinin keyfiyyəti ilə bağlı bəzi şikayətlər var. 

Məlumata görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.
Onun sözlərinə görə, bu cür şikayətlərin sayı çox deyil: "Ölkəyə idxal edilən benzin Avropa standartlarına uyğundur. Ara-sıra bu qəbildən olan şikayətlər komitəyə daxil olur. Lakin onların sayı o qədər də çox deyil. Təbii ki, biz öz səlahiyyətlərimiz çərçivəsində bu müraciətləri araşdırırıq".

R.Həsənov bildirib ki, şikayətlər əsasən Avro-4 və Avro-5 benzinlərinin köhnə avtomobillərdə istifadəsi zamanı yaranan problemlərlə bağlı olur.
Geri dön