Ana Sayfa > --- > Bakıda FACİƏ: gəlin maşını ölümə səbəb oldu

Bakıda FACİƏ: gəlin maşını ölümə səbəb oldu


3-09-2017, 10:42. Yazar: Xeberaz

Bakıda gəlin və bəyi aparan avtomobil yolu keçən piyadanı vuraraq öldürüb.
Hadisə Nizami rayonu ərazisində baş verib.
Belə ki, 10-UA-071 dövlət qeydiyyat nişanlı, "Mercedes" markalı avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Şahəddin Əhədovu vurub. Nəticədə Ş.Əhədov aldığı ağır xəsarətdən hadisə yerində ölüb.
Hadisəni törətmiş sürücü Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. 
Geri dön