Ana Sayfa > Maraqlı / Karusel > Aşiq olanda, darıxanda, tək olanda vaxt dayanır - SÜBUT OLUNDU

Aşiq olanda, darıxanda, tək olanda vaxt dayanır - SÜBUT OLUNDU


17-03-2023, 14:00. Yazar: Xeberaz



Vəziyyətimizdən asılı olaraq zamanın uzun və ya qısa olması fikri doğrudur. Gərgin vəziyyətdə, eləcə də tək olanda saniyələr belə uzana bilər.

Amma daha xoş hiss etdiyimiz əhvalda zaman sürətlə keçə bilər. İnsanın psixoloji vəziyyəti ilə zaman anlayışı bir-birinə uyğunluq təşkil edir.


Kornell Universitetində psixoloqlar tərəfindən bununla bağlı yeni araşdırma aparılıb. Araşdırmanın nəticələri "Psixofiziologiya" jurnalında dərc edilib.

Tədqiqatda mikrosaniyələrin səviyyəsi müşahidə edilib. Məlum olub ki, mikrosaniyələrin uzunluğu ürək döyüntüləri ilə idarə oluna bilər. Hər saniyənin ötmə prosesi ürək döyüntüsü ilə əlaqəlidir.

Psixoloqlar hər bir ürək döyüntüsünün uzunluğunu dəqiq ölçmək üçün tədqiqat iştirakçılarına elektrokardioqramlar quraşdırıblar. Sonra onlar müxtəlif səs tonlarına qulaq asıblar. Daha həyəcanverici səs tonunda ürək döyüntüsünün intervalı, mülayim səs tonu ilə nisbətdə qısa olub. Bununla da insanın ürək döyüntüsünün əhvalına uyğun dəyişərək zamana da təsir etdiyi sübut olunub.




Geri dön