Ana Sayfa > Maraqlı > Ən bahalı pivə satılan şəhərlərin adları açıqlanıb

Ən bahalı pivə satılan şəhərlərin adları açıqlanıb


18-08-2015, 21:58. Yazar: Sahane
Ən bahalı pivələrin satıldığı şəhərlərin reytinqı açıqlanıb.
Xəbəraz-ın məlumatına görə, bilet axtarışı ilə məşğul olan sayt “Go Europe” şəhərlərin reytinqi haqda məlumat yayıb.
İsveçrədə şəhərdə barlarda pivənin bir şüşəsi səyahətçilərə 6,32–10,77 dollar başa gəlir. İçki magazadan alınsa, onun qiyməti 1,87 dollardır. İkinci yerdə Honkonq şəhəri qərarlaşıb. Burada pivənin orta qiyməti 6,16 dollardır. Reytinqdə 3-cü yeri Tel-Əviv şəhəri tutur. Pivənin orta qiyməti 5,79 dollar təşkil edir.
Reytinqə 75 ölkə daxil olub. Orada istehsal edilən 5 məşhur brendli pivələrin və yerli arpa içkinin qiymətləri müqayisə edilib. Reytinq tərtibatçıları barda və mağazada olan qiymətləri müqayisə ediblər. Orta qiyməti müəyyən edilib və sonra şəhərləri qiymətlərə əsasən, yuxarıdan aşağıya yerləşdiriblər.

Ən bahalı pivə satılan şəhərlərin adları açıqlanıb
Geri dön