Ana Sayfa > M / Karusel / Hadisə > MTN-in Antiterror Mərkəzinin sabiq rəisi həbs edildi

MTN-in Antiterror Mərkəzinin sabiq rəisi həbs edildi


25-12-2015, 23:53. Yazar: Xeberaz
MTN-in Antiterror Mərkəzinin sabiq rəisi həbs edildi
bitmap-img6

Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin sabiq rəisi, general mayor Elçin Quliyev həbs edilib

Bu barədəTrend-ə etibarlı mənbə bildirib.

Qeyd edək ki, bundan öncə, E.Quliyev MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi.

Əldə olunan məlumata görə, hazırda E.Quliyevə məxsus bütün mənzillərdə axtarış əməliyyatları aparılır.

Qeyd edək ki, bir müddət öncə Bakı İstintaq Təcridxanasında intihar etmiş sabiq MTN-çi İlqar Əliyev E.Quliyevin müavini olub.

Geri dön