Ana Sayfa > M / Karusel / Gündəm > Azərbaycanda yeni – TƏYİNAT

Azərbaycanda yeni – TƏYİNAT


25-12-2015, 11:27. Yazar: Xeberaz
Azərbaycanda yeni – TƏYİNAT
Prezident sərəncam imzaladı.

Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini təyin edilib.

Xeberaz.az xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Vəli Nağıyev Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini təyin edilib.

Qeyd edək ki, 2011-ci il martın 3-dən 2014-cü il fevralın 11-dək Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Teymur Mehdiyev olub.

T.Mehdiyev Azərbaycan prezidenti İlham Əliyevin 5 may 2014-cü il tarixli sərəncamı ilə fövqəladə hallar nazirinin müavini təyin edilib və general-mayor ali hərbi rütbəsi verilib. Ötən dövr ərzində Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifəsinə təyinat olmayıb.

Vəli Nağıyev Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, general-mayor Əli Nağıyevin qardaşıdır.
Geri dön