Ana Sayfa > M / Karusel / Dünya > Çin Suriyaya yardım əlini uzatdı

Çin Suriyaya yardım əlini uzatdı


24-12-2015, 22:35. Yazar: Xeberaz
Çin Suriyaya yardım əlini uzatdı
Ana səhifə 12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin hökuməti Suriyaya 6.18 milyon dollar həcmində humanitar yardım göndərəcək.

Xeberaz.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Çinin “Şinhua” agentliyi məlumat yayıb.

Bildirilib ki, hazırda Suriya Xarici İşlər naziri Vəlid Müallim Çində rəsmi səfərdədir.

Onun çinli həmkarı Vanq Yi ilə görüşdüyü qeyd edilib.

Görüşdən sonra təşkil edilən mətbuat konfransında Vanq bildirib ki, Çin hökuməti Suriyada sülhün təmin olunması üçün maksimum çalışacaq və əlindən gəldiyi qədər Suriyaya humanitar yardım göndərəcək.
Geri dön