Ana Sayfa > M / Karusel / Dünya > Putin tapşırıq verdi: Kadırovun neft şirkəti olacaq

Putin tapşırıq verdi: Kadırovun neft şirkəti olacaq


24-12-2015, 17:28. Yazar: Xeberaz

Putin tapşırıq verdi: Kadırovun neft şirkəti olacaq
Rusiya prezidenti Vladimir Putin hökumətə Çeçenistanın dövlət başçısı Ramzan Kadırovun “Rosimuşestvo”ya məxsus olan, icarə hüquqları əsasında “Rosneft”in idarə etdiyi ən böyük neft hasilatı aktivlərindən birinin – “Çeçennefteximprom”un respublikaya verilməsi təklifini dəstəkləməyi tapşırıb

"Kommersant” yazır ki, Kadırovun 3 dekabr tarixli məktubunda neft hasilatı aktivinin torpaq və infrastruktur potensialından “demək olar ki istifadə edilmədiyi” qeyd olunur.

Çeçenistan rəhbərliyi zavodun yanında Koreyanın KOKAM şirkəti ilə birgə litium-ion batareya istehsalı üzrə zavod açmaq istəyir.

Hazırda Çeçenistanda neft ehtiyatları təxminən 60 milyon ton qiymətləndirilir. Ölkədə neft hasilatı ilə “Qroznefteqaz”ın 51%-nə sahib olan “Rosneft" məşğul olur.(musavat.com)
Geri dön