Ana Sayfa > M / Karusel / İqtisadiyyat > Cavid Qurbanov:Azərbaycan dəmir yolunu İranla birləşdirəcək

Cavid Qurbanov:Azərbaycan dəmir yolunu İranla birləşdirəcək


24-12-2015, 17:15. Yazar: Xeberaz
Cavid Qurbanov:Azərbaycan dəmir yolunu İranla birləşdirəcək

Xeberaz.az xəbər verir ki, “Azərbaycan İranın Fars körfəzi sahilindəki Bəndər Abbas limanından yükləri Qara dənizin limanlarına çatdırılmasını təmin edə bilər”. Bu sözləri İranda səfərdə olmuş “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov AZƏRTAC-a müsahibəsində deyib.
Bu məsələnin İranın Dəmir Yolları İdarəsinin rəisi Möhsünpur Agayi ilə müzakirə etdiyini deyən C.Qurbanov qeyd edib ki, həmin marşrutla yüklərin daşınması üçün Azərbaycanın geniş nəqliyyat infrastrukturu var. Yüklərin dəmir yolu vasitəsi ilə Gürcüstanın Qara dəniz sahilindəki limanlarına, oradan isə Şərqi və Qərbi Avropaya, Rusiyaya, Türkiyəyə çatdırmaq olar.
Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin çəkilişinə toxunan C.Qurbanov nəzərə çatdırıb ki, Azərbaycan 7,5 kilometr yolu inşa edərək dəmir yolunu İranla birləşdirəcək. Bu yolla İranla yanaşı Fars körfəzi ölkələrinin də yükləri daşınacaq.
Geri dön