Ana Sayfa > M / Karusel / Dünya / Fotogalereya > Rusiya Türkiyəyə görə ermənini cəzalandırdı

Rusiya Türkiyəyə görə ermənini cəzalandırdı


4-04-2015, 14:36. Yazar: Xeberaz
Rusiya Türkiyəyə görə ermənini cəzalandırdı
“Biz qərarla razı deyilik”.

Moskvanın Xamovniçesk məhkəməsi 2014-cü ilin avqustun 18-də Moskvada Türkiyə səfirliyi istiqamətində atəş açmış 43 yaşlı Artur Mirzoyanı 2 il müddətinə azadlıqdan məhrum edib.

Xeberaz.az news.am-a istinadla xəbər verir ki, bu barədə Mirzoyanın vəkili Georgi Şatvoryan məlumat verib.

“Biz qərarla razı deyilik və şikayət verəcəyik”, - o deyib.

Vəkilin sözlərinə görə, Artur Mirzoyan səfirliyə Türkiyənin qondarma “erməni soyqırımı”nı tanımadığına görə bu addımı atıb:

“Artur bu yolla beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək istəyirdi”.

Mirzoyan Rusiya vətəndaşıdır, Tula vilayətində yaşayıb və “Dobriy les” ASC-nin sədri olub.

Xatırladaq ki, 2014-cü ilin avqustun 18-də Mirzoyan ov tüfəngindən Moskvada Türkiyənin səfirliyinə tərəf gerbə iki dəfə atəş açıb. Bir neçə saatdan sonra o saxlanılmış və cinayət işi qaldırılmışdı.
Geri dön