Ana Sayfa > M / Karusel / Siyasət > Azərbaycanın bir sıra ölkələrdəki səfirləri vəzifələrindən geri çağırıldı

Azərbaycanın bir sıra ölkələrdəki səfirləri vəzifələrindən geri çağırıldı


23-12-2015, 21:47. Yazar: Xeberaz
Azərbaycanın bir sıra ölkələrdəki səfirləri vəzifələrindən geri çağırıldı
İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.

Tural Anar oğlu Rzayevin Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Xeberaz.az xəbər verir ki, bu barədə müvafiq sərəncamı Azərbaycan prezidenti İlham Əliyev imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Daşqın Məzi oğlu Şikarov Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən, Emil Zülfüqar oğlu Kərimovun Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən, Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda San Marino Respublikasında, Malta Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən, Şahin Şakir oğlu Abdullayev Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında və eyni zamanda Sudan Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılıblar.
Geri dön