Ana Sayfa > M / Karusel / Dünya > Suriyalılar Əsədlə bağlı qərar verdilər

Suriyalılar Əsədlə bağlı qərar verdilər


23-12-2015, 21:07. Yazar: Xeberaz

Suriyalılar Əsədlə bağlı qərar verdilər


ABŞ hökuməti Suriya Prezidenti Bəşər Əsədin hakimiyyətdən getdikdən sonra sülh prosesinin başlayacağını bildirir. Lakin suriyalılar Əsədin qalmasını istəyir.

Xeberaz.az xəbər verir ki, bu iddia ilə “İnformeyşn Klirinq Haus” xəbər portalının yazarı David Makilveyn çıxış edib.

“Suriyalılar Əsədin həm indi, həm də gələcəkdə öz adamları olduğuna qərar verdi. Onlar Qərbin terrorçulardan yaxa qurtarmaq üçün çalışdıqlarını bilirlər. Suriyalılar Əsədin sayəsində həyatda qaldıqlarının fərqindədirlər. Suriyada hazırki böhranlı vəziyyətdən əvvəl dini qarşıdurmalar yox idi. Hətta suriyalılar qonşu xalqların belə, hansı dini məzhəblərə qulluq etdiyini bilmirdi. Bilsələr də, buna əhəmiyyət vermidilər. Məzhəb qarşıdurması xarici provokatorlar tərəfindən süni olaraq yaradıldı”, - deyə Makilveyn qeyd edib.
Geri dön