Ana Sayfa > M / Karusel / Gündəm > Ermənistanda həbsdə olan azərbaycanlı azadlığa buraxılıb

Ermənistanda həbsdə olan azərbaycanlı azadlığa buraxılıb


23-12-2015, 19:49. Yazar: Xeberaz
Ermənistanda həbsdə olan azərbaycanlı azadlığa buraxılıb

Gürcüstan-Ermənistan sərhədini qanunsuz keçməkdə təqsirli bilinən Gürcüstan vətəndaşı Turqay Mikayılov azadlığa buraxılıb

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, dekabrın 23-də Lori rayon Məhkəməsi onu təqsirli hesab edərək, barəsində 5 ay azadlıqdan məhrum etmə hökmü çıxarılıb.

T. Mikayılov iyulun 23-dən həbs olunduğu və 5 ay həbsdə qaldığı üçün məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Turqay Mikayılov bu il iyulun 23-də Gürcüstandan Ermənistanın Lori vilayətinin Dzyunaşox kəndinə piyada keçib. O, həmin vaxt içkili vəziyyətdə olduğunu bildirib. 34 yaşlı azərbaycanlıya Cinayət Məcəlləsinin sərhədləri qanunsuz keçmə maddəsi ilə cinayət işi açılıb.
Geri dön