Ana Sayfa > M / Karusel / Dünya / Foto-fakt > Prezidentin "uçan saray"ı (FOTO)

Prezidentin "uçan saray"ı (FOTO)


4-04-2015, 01:40. Yazar: Xeberaz
Prezidentin "uçan saray"ı (FOTO)
"Boeing" şirkəti hava nəqliyyatı tarixində ən bahalı və lüks təyyarəsini nümayiş etdirib.

Xeberaz.az ANS PRESS-in məlumatına görə, lüks təyyarə ABŞ prezidenti tərəfindən istifadə ediləcək.

Qeyd edək ki, "Boeing 747- 8 VIP" bu günə qədər istehsal olunann ən uzun və eyni zamanda ən böyük ikinci təyyarəsidir. Təyyarənin 4 "General Electric GEnx" mühərriki var və fasiləsiz 14,8 min kilometr uça bilir.

Təyyarə içində lüks əşyalarsız qiyməti 367 milyon dollar göstərilib.

Təyyarədə istirahət otağındakı şərait belə bu gün çox evdə yoxdur. İstirahət otağında lüks mallar yerləşdirilib.
Burada həmçinin bir neçə adam rahatca oturub, yığıncaq keçirə bilər.

Təyyarədə yataq otağı da ən lüks otellərdən belə komfortludur. Yataqdaykən bütün dünyanı quş tək izləmək mümkündür.

Təyyarənin hər hissəsi dizayn detalları ilə diqqət çəkir. Hazırda yalnız lüks otellərdə belə dizayn var.

Təyyarənin içində hər cür işə xüsusi ofislər nəzərdə tutulub. Böyük bir konfrans salonundan ABŞ prezidenti istifadə edə bilər.











Geri dön