Ana Sayfa > M / Karusel / Dünya / Maraqlı / Fotogalereya / Araşdırma > 2070-ci ildə müsəlmanların sayı bu qədər olacaq

2070-ci ildə müsəlmanların sayı bu qədər olacaq


4-04-2015, 01:35. Yazar: Xeberaz
2070-ci ildə müsəlmanların sayı bu qədər olacaq
2070-ci ildə dünyada müsəlman və xristianların sayı bərabər olacaq

Xeberaz.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bu proqnoz ABŞ-ın "Pew" tədqiqat mərkəzinin məruzəsində qeyd olunub.

Məruzədə bildirilir ki, 2100-cü ildə müsəlmanlar dünya əhalisinin əksəriyyətini təşkil edəcək.

Bildirilir ki, hazırda dünyada xristianların sayı müsəlmanlardan çoxdur. Mərkəzin proqnozuna əsasən, 2050-ci ildə xristianların sayı 35% artacaq və 2,92 milyard insan olacaq.

O vaxtadək planetin müsəlman əhalisi 73% artacaq, İslam dininin tərəfdarlarının sayı 2050-ci ildə 2,76 milyard olacaq. Həmin il müsəlmanlar Avropanın 10% əhalisini təşkil edəcək.

Ateistlərin sayı isə 35 il sonra azalacaq. Hərçənd ateistlərin sayı ABŞ, Fransa və bəzi ölkələrdə qismən çoxalacaq.
Geri dön