Ana Sayfa > M / Karusel / Hadisə > BDU-nun qalmaqallı mühafizə rəisi işdən çıxarıldı

BDU-nun qalmaqallı mühafizə rəisi işdən çıxarıldı


16-12-2015, 23:07. Yazar: Xeberaz
BDU-nun qalmaqallı mühafizə rəisi işdən çıxarıldı
Məsələ rektorluqda ciddi müzakirə olunub.

Sosial şəbəkələrdə Bakı Dövlət Universitetinin mühafizə xidmətinin rəisi Mahir Höcətovla bağlı müxtəlif məlumatlar yayılıb.

Xəbəraz.az xəbər verir ki, məsələni dəqiqləşdirmək üçün modern.az-ın əməkdaşı Bakı Dövlət Universitetinin Mətbuat Xidməti ilə əlaqə saxlayıb. Mətbuat Xidmətindən bildirilib ki, bu gün məsələ rektorluqda ciddi müzakirə olunub:

“Müzakirə əsnasında M. Höcətov tutduğu vəzifədən azad olunması xahişi ilə müraciət edib və onun müraciəti təmin olunub”.
Geri dön