Ana Sayfa > M / Karusel / Siyasət / Xəbəraz-ın debatı > Müdafiə naziri Zakir Həsənov Türkiyəyə getdi - Üçtərəfli görüş

Müdafiə naziri Zakir Həsənov Türkiyəyə getdi - Üçtərəfli görüş


16-12-2015, 19:12. Yazar: Xeberaz
Müdafiə naziri Zakir Həsənov Türkiyəyə getdi - Üçtərəfli görüş

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin dekabrın 17-də keçiriləcək üçtərəfli görüşündə iştirak etmək üçün İstanbul şəhərinə yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Xeberaz.az-a verilən məlumata görə, üçtərəfli formatda keçirilən növbəti görüşdə müdafiə sahəsində həyata keçirilən birgə əməkdaşlığın gedişatı nəzərdən keçiriləcək, regional təhlükəsizlik məsələləri, bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın təmin edilməsi istiqamətində fəaliyyətlər, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə ediləcək.
Geri dön