Ana Sayfa > M / Karusel / Gündəm > İtən neftçiləri 11 helikopter axtarır

İtən neftçiləri 11 helikopter axtarır


16-12-2015, 11:58. Yazar: Xeberaz
İtən neftçiləri 11 helikopter axtarır
“Günəşli” yatağında baş verən hadisə zamanı itkin düşən neftçilərin genişmiqyaslı axtarışlarına başlanılıb

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) 3 gəmisi, Dövlət Sərhəd Xidmətinin (DSX) isə 5 gəmisi axtarışa başlayıb.

Bu barədə Azvision.az-a “Azneft” İstehsalat Birliyindən (İB) məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin 2 helikopteri, 1 təyyarəsi və Dövlət Sərhəd Xidmətinin (DSX) 9 helikopteri bu gün səhər saatlarından axtarışları davam etdirir.

Axtarışlar hələlik heç bir nəticə verməyib.

Qeyd olunub ki, hazırda “Günəşli” yatağında yanğın davam edir və yanğının söndürülməsi üçün ABŞ-dan gətirilən xüsusi qurğular dənizdə quraşdırılır və hazırlıq işləri davam etdirilir.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağında faciə baş verib. Hadisə zamanı 33 nəfər xilas edilib, 7 nəfər həlak olub.

Hazırda 23 nəfərin axtarışı davam etdirilir.

Geri dön