Ana Sayfa > M / Karusel / Gündəm > Bu qəzet rəsmən ləğv olundu

Bu qəzet rəsmən ləğv olundu


16-12-2015, 11:56. Yazar: Xeberaz
Bu qəzet rəsmən ləğv olundu
Azərbaycanda tanınmış qəzetlərdən biri rəsmən ləğv olunduğunu elan edib

APA-nın məlumatına görə, "Paritet" qəzetinin redaksiyasının ləğv olunduğu barədə qərar rəsmi qəzetdə dərc olunub.

Qeyd edək ki, “Paritet” qəzeti 1999-cu ilin avqust ayının 17-də yaradılıb, həftədə 3 dəfə işıq üzü görüb. Qəzet fəaliyyətini faktiki olaraq 2012-ci il dekabrın 20-də dayandırıb.

Həmin vaxt qəzetin baş redaktoru Cəmaləddin Quliyev bildirmişdi ki, qəzet fəaliyyətini müvəqqəti dayandırır, bu barədə qərarı təsisçi qəbul edib. C. Quliyev təsisçinin bu qərarının texniki-maddi problemlərlə əlaqədar olduğunu bildirmişdi.

Geri dön