Ana Sayfa > M / Karusel / Siyasət > Azərbaycan Qarabağla bağlı Rusiyaya müraciət etdi

Azərbaycan Qarabağla bağlı Rusiyaya müraciət etdi


15-12-2015, 00:56. Yazar: Xeberaz
Azərbaycan Qarabağla bağlı Rusiyaya müraciət etdi
Azərbaycanın Rusiyadakı diasporu Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinə müraciət edib.
Müraciətin müəllifləri Dövlət Dumasının sədrini Xocalıda törədilən kütləvi qətllərin soyqırımı kimi tanımağa çağırıblar.

“Təəssüf ki, indiyədək Dövlət Duması Xocalı faciəsinin soyqırımı kimi tanınması məsələsini müzakirə etməyib. Bu isə Rusiya azərbaycanlıları arasında və Azərbaycanda ciddi narazılığa səbəb olur”, - deyə müraciətdə bildirilir.

Qeyd edək ki, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda deputatlar N. Leviçev və S. Mironov Rusiya Dövlət Dumasına “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini təqdim ediblər.

Azərbaycan diasporunun nümayəndələri qeyd ediblər ki, Mironovun təşəbbüsü rusiyalı siyasətçilərin məsələyə birtərəfli yanaşmasının göstəricisidir.
Geri dön