Ana Sayfa > M / Karusel / Siyasət > İlham Əliyev Putinə başsağlığı verdi

İlham Əliyev Putinə başsağlığı verdi


13-12-2015, 13:06. Yazar: Xeberaz
İlham Əliyev Putinə başsağlığı verdi

“Bu xəbər məni olduqca kədərləndirdi”.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib.

Xeberaz.az-ın məlumatına görə, başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

Voronej vilayətindəki internatda baş vermiş yanğın nəticəsində insanların həlak olması xəbər məni dərindən kədərləndirdi.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm”.
Geri dön