Ana Sayfa > M / Karusel / Gündəm / Araşdırma > Nardaranda polis bölməsi yaradılır

Nardaranda polis bölməsi yaradılır


9-12-2015, 18:16. Yazar: Xeberaz
Nardaranda polis bölməsi yaradılır

Bu, Bakının 42-ci polis bölməsi olacaq

Bakının Nardaran qəsəbəsində yeni polis bölməsi üçün inzibati bina tikilir.
Xeberaz.az "Report"a istinadən xəbər verir ki, bu, Bakının 42-ci polis bölməsi olacaq.
Polis bölməsi Nardaran və qonşu qəsəbələrdə təhlükəsizliyi təmin etmək məqsədilə yaradılır.
İndiyədək qəsəbədə polis bölməsi olmayıb. Nardarana ən yaxın polis bölməsi Maştağa qəsəbəsindəki Sabunçu Rayonu Polis İdarəsinin 14-cü Polis Bölməsidir.
Hazırda Daxili Qoşunların qüvvələri qəsəbəyə nəzarət edir. Qəsəbənin mərkəzi meydanında park salınır, bəzi yollar genişləndirilir.
Geri dön