Ana Sayfa > M / Karusel / Gündəm / Məşhurların Taleyi > Leyla Yunus azadlığa buraxıldı

Leyla Yunus azadlığa buraxıldı


9-12-2015, 16:34. Yazar: Xeberaz
Leyla Yunus  azadlığa buraxıldı
O, 5 ili sınaq müddəti olmaqla, 7 il 6 ay şərti həbs cəzası alıb

Bu gün Bakı Apelyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun və həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Hakim birinci instansiya məhkəməsinin qərarını dəyişdirib. Leyla Yunus barəsində 5 ili sınaq müddəti olmaqla, 7 il 6 ay şərti həbs cəzası verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Məhkəmə həmçinin, Leyla Yunusun qızı Dinara Yunusun adına olan evə qoyulmuş həbsi götürülüb.

Qeyd edək ki, Leyla Yunusla mühakimə olunmuş həyat yoldaşı Arif Yunus haqqında noyabrın 12-də həbs-qətimkan tədbiri dəyişdirilib. O, başqa yerə getməmək barədə iltizam alınmaqla, məhkəmə zalından azad edilib.

Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (Qanunsuz sahibkarlıq külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (Vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust tarixli hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə həmçinin onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi öz əksini tapıb.
Hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.


Geri dön