Ana Sayfa > M / Karusel / Dünya > İrandan Türkiyəyə etiraz: “İraqa girməklə səhv etdiniz”

İrandan Türkiyəyə etiraz: “İraqa girməklə səhv etdiniz”


7-12-2015, 01:19. Yazar: Xeberaz
İrandan Türkiyəyə etiraz: “İraqa girməklə səhv etdiniz”

Türkiyə qoşunlarının İraq ərazisinə yerləşdirilməsi səhvdir.

Bunu jurnalistlərə açıqlamasında İranın Xarici İşlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyan söyləyib. Onun sözlərinə görə, İraqa kömək etmək istəyən dövlətlər mütləq rəsmi Bağdadın razılığını almalıdırlar.

Qeyd edək ki, dünən Türkiyə Mosul şimalına öz qoşunlarını yerləşdirib. Rəsmi Ankara bu ordu hissələrinin peşmərgəyə hərbi təlim keçmək üçün İraqa göndərildiyini bildirib.
Geri dön