Ana Sayfa > M / Karusel / Hadisə > Beyləqanda ermənilərin pilotsuz uçuş aparatı vurulub

Beyləqanda ermənilərin pilotsuz uçuş aparatı vurulub


6-12-2015, 23:31. Yazar: Xeberaz
Beyləqanda ermənilərin pilotsuz uçuş aparatı vurulub

Beyləqanın Allahyarlı kəndində ermənilərin pilotsuz uçuş aparatı vurulub

Bu gün Beyləqan rayonu ərazisində iki dəfə partlayış səsi eşidilib. Səs rayon sakinlərinin narahatlığına səbəb olub.

Musavat.com dəqiqləşdirib ki, Beyləqanın Allahyarlı kəndində ermənilərin pilotsuz uçuş aparatı vurulub. Eşidilən partlayış səsi də bununla bağlıdır və rayon ərazisində heç bir bədbəxt hadisə baş verməyib.

Xatırladaq ki, indiyədək cəbhə xəttində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus bir neçə pilotsuz uçuş aparatı (PUA) atəş nəticəsində məhv edilib.

Pilotsuz uçuş aparatı taktiki dərinlikdə hava kəşfiyyatı tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub. Aparat proqramlaşdırılmış avtopilotla, video və fotokameralı avadanlıqla təchiz olunub. PUA yerdən operator tərəfindən idarə olunur.
Geri dön