Ana Sayfa > M / Karusel / Hadisə / Xəbəraz TV > Pilot Rövnəq Abullayevə: Canından bezmisən? - VİDEO

Pilot Rövnəq Abullayevə: Canından bezmisən? - VİDEO


6-12-2015, 18:40. Yazar: Xeberaz
Pilot Rövnəq Abullayevə: Canından bezmisən? - VİDEO
“Yanğın imkan vermir, riskdi”.

Bu gün Dövlət Neft Şirkətində “Günəşli” yatağında baş verən yanğınla əlaqədar mətbuat konfransı keçirilib.

SOCAR-ın vitse-prezident Xaliq Məmmədov platformada 4 qayığın olduğunu, onlardan ikisindən istifadə edildiyini bildirib:

“Dünən yanan platformaya vertolyotu otuzdurmaq üçün altı cəhd olundu, lakin alınmadı.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev helikopterin pilotundan platformaya enməyi xahiş etdi.

“Canından bezmisən? Mənim ailəm var, 2 uşaq atasıyam. Yanğın buna imkan vermir, riskdi”.

İşçilər qaydaya uyğun olaraq davranıblar, suya düşə bilməyiblər ki, dalğa böyük idi, yuxarıda qala bilmirdilər, çünki yanğın idi. O biri qayığı isə Allah elə edib ki, külək həmin qayığı platformanın ayaqlarının arasına sıxışdırıb. Elə bil ki, əllə ora qoymuşdun. Külək o qayığı tərpətsəydi, onları da itirə bilərdik”oxu.az

Geri dön