Ana Sayfa > M / Karusel / Dünya > Su-24 təyyarəsinin komandirinin cəsədi Moskvaya gətirildi + VİDEO

Su-24 təyyarəsinin komandirinin cəsədi Moskvaya gətirildi + VİDEO


1-12-2015, 10:36. Yazar: Xeberaz
Su-24 təyyarəsinin komandirinin cəsədi Moskvaya gətirildi + VİDEO
Təyyarəni qırıcılardan ibarət eskort müşayiət edib.

Suriya üzərində vurulan Su-24 təyyarəsinin komandiri Oleq Peşkovun cəsədi olan hərbi təyyarə Podmoskovyedə Çkalovski aerodromunda yerə enib.


“Rusiyanın hava məkanında uçuş zamanı təyyarəni qırıcıların eskortu müşayiət edib. Suriya üzərində vurulan Su-24 təyyarəsinin komandiri, podpolkovnik Oleq Peşkovun cəsədi olan hərbi təyyarəni Çkalovski aerodromunda Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu, Rusiyanın Hava-kosmik qüvvələrinin komandanı general-polkovnik Viktor Bondarev qarşılayıb”, - məlumatda deyilir.

Xatırladaq ki, Türkiyə HHQ noyabrın 24-də Suriyada terror əleyhinə əməliyyatı həyata keçirən Rusiyanın Su-24 təyyarəsini vurub. Hər iki təyyarəçi katapulta edib, Peşkov yerdən açılan atəş nəticəsində həlak olub.
Su-24 təyyarəsinin komandirinin cəsədi Moskvaya gətirildi + VİDEO
Su-24 təyyarəsinin komandirinin cəsədi Moskvaya gətirildi + VİDEO

Geri dön