Ana Sayfa > M / Karusel / Dünya > Ərdoğan: “Təmkinlə hərəkət edəcəyik”

Ərdoğan: “Təmkinlə hərəkət edəcəyik”


1-12-2015, 08:13. Yazar: Xeberaz
Ərdoğan: “Təmkinlə hərəkət edəcəyik”
“Türkiyə Su-24 təyyarəsi ilə bağlı insidentlə əlaqədar Rusiya tərəfindən tətbiq edilən məhdudiyyətlərə görə emosiyaya qapılmayacaq”.

APA-nın CNN Türk-ə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Parisdə bəyan edib.

“Biz öz xoş niyyətlərimizi ilk gündən nümayiş etdirdik. Rusiyanı radarların göstəriciləri ilə tanış etdik, vəziyyəti başa saldıq. Nəhayət, prezident Putinlə görüşmək arzusunda olduğumuzu bildirdik. Rusiyanın səsləndirdiyi bəyanatları izləyirik. Biz təmkinlə hərəkət edəcəyik. Rusiyanın nə edəcəyini deyə bilmərəm. Qoy əllərində olan daşların hamısını atsınlar. Biz qərarlarımızı sonra verəcəyik”, deyə Ərdoğan bildirib.

O, əlavə edib ki, uzun illər boyu qurulan münasibətləri dağıtmaq düzgün deyil.
Geri dön