Ana Sayfa > M / Karusel / Dünya / Ekskluziv > Əhməd Davudoğlu hökumətinə etimad göstərildi

Əhməd Davudoğlu hökumətinə etimad göstərildi


1-12-2015, 08:05. Yazar: Xeberaz
Əhməd Davudoğlu hökumətinə etimad göstərildi
Türkiyə parlamenti baş nazir Əhməd Davudoğlunun rəhbərlik etdiyi yeni hökumətə etimad göstərib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, parlamentin sözügedən qərarına 509 deputatdan 315-i lehinə, 194 deputat isə əleyhinə səs verib.

Beləliklə, Ə. Davudoğlunun rəhbərlik etdiyi hökumət parlamentdə etimad səsverməsindən keçib.

Səsvermədən sonra Ə. Davudoğlu hökumətə etimad göstərdikləri üçün deputatlara təşəkkürünü bildirib.
Geri dön