Ana Sayfa > M / Karusel / Dünya > Moskvada Rusiya-Türkiyə elmi mərkəzi bağlandı

Moskvada Rusiya-Türkiyə elmi mərkəzi bağlandı


1-12-2015, 07:46. Yazar: Xeberaz
Moskvada Rusiya-Türkiyə elmi mərkəzi bağlandı
Moskvada Ümumrusiya xarici ədəbiyyat kitabxanasında yerləşən Rusiya-Türkiyə elmi mərkəzi bağlanıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə mərkəzin saytı xəbər verib.

“Elmi mərkəz fəaliyyətini dayandırıb. Türk dili kursları bağlanıb, artıq aspirant və maqistrantlara da xidmət göstərə bilməyəcəyik. Təbii ki, əvvəlcədən planlaşdırılan “dəyirmi masalar”, mühazirə və konfranslar ləğv edilib, bundan sonra kitabxana fondumuzdan da istifadə etmək mümkün olmayacaq”, məlumatda bildirilir.

Bununla belə, mərkəzin bağlanmasının səbəbləri açıqlanmır.
Geri dön