Ana Sayfa > M / Karusel / İqtisadiyyat > Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi işdən çıxarıldı

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi işdən çıxarıldı


30-11-2015, 17:18. Yazar: Xeberaz
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi işdən çıxarıldı
Xidmət rəisi ilə birlikdə onun müavini də tutduğu postdan azad edilib

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Məhəmməd İmanov vəzifəsindən azad edilib.

Lent.az-ın məlumatına görə, xidmət rəisi ilə birlikdə onun müavini də tutduğu postdan azad edilib.

Məlumata görə, rəis vəzifəsindən çıxarılan M.İmanov eyni qurumda daha kiçik vəzifəyə keçirilib. O, xidmətdə sektor müdiri təyin edilib.

Qeyd edək ki, M.İmanovun yerinə hələ ki rəsmi təyinat yoxdur.
Geri dön