Ana Sayfa > M / Karusel / Hadisə > Bakıda bina tikintisində faciə: fəhlə öldü

Bakıda bina tikintisində faciə: fəhlə öldü


29-11-2015, 13:35. Yazar: Xeberaz
Bakıda bina tikintisində faciə: fəhlə öldü
Dünən axşam saatlarında Bakının Xətai rayonunda hazırda tikilən çoxmərtəbəli binanın ərazisində ölüm hadisəsi baş verib.

Xəbəraz.az Trend-ə istinadən xəbər verir ki, üçüncü mərtəbədə yerləşən mənzilin pəncərəsini quraşdırılması zamanı usta işləyən 1989-ci il təvvəlüdlü Həsənov Kamandar ehtiyatsız davrandığından yıxılıb. O, müxtəlif ağır bədən xəsarətləri ilə 1 saylı şəhər Kliniki xəstəxanasına çatdırılsada, onu xilas etmək mümkün olmayıb.

Yaralı əməliyyat zamanı dünyasını dəyişib.
Geri dön