Ana Sayfa > M / Karusel / Gündəm > Nardaranda öldürülən şəxslərin hamısının adları məlum oldu

Nardaranda öldürülən şəxslərin hamısının adları məlum oldu


27-11-2015, 14:58. Yazar: Xeberaz
Nardaranda öldürülən şəxslərin hamısının adları məlum oldu
Polisə müqavimət göstərərkən öldürülən şəxsin 28 yaşı var

Dünən Nardaranda həyata keçirilmiş əməliyyat zamanı ölən şəxslərdən daha birinin adı məlum olub.Hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, bu, 28 yaşlı Sərvan Səfərovdur. O, polisə silahlı müqavimət göstərərkən öldürülüb.

Qeyd edək ki, dünən hüquq-mühafizə orqanlarının Nardaranda keçirdiyi əməliyyat zamanı silahlı qarşıdurma baş verib. Bu zaman 2 polis əməkdaşı və 4 mülki şəxs həyatını itirib. Bir neçə nəfər isə yaralanıb.

Nardaranda öldürülən digər qruplaşma üzvlərinin ad soyadları isə belədir: Babayev Əkbər Nazim oğlu, Bünyatov Rafael Zeynalabdin oğlu və Abbas Hüseyndir.

Sonuncu xəstəxanada dünyasını dəyişib.

Baş Prokurorluq və DİN hadisə ilə balı birgə məlumat yaysa da, ölən və yaralananların adları açıqlanmayıb.
Geri dön