Ana Sayfa > M / Karusel / Gündəm > “Şeyx Nardaranda ölən polisləri şəhid adlandırdı

“Şeyx Nardaranda ölən polisləri şəhid adlandırdı


26-11-2015, 23:07. Yazar: Xeberaz
“Şeyx Nardaranda ölən polisləri şəhid adlandırdı

Xəbər verdiyimiz kimi, bu gün Nardaranda islamçı ekstremistlərlə qarşıdurma zamanı iki polis həlak olub.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə virtualaz.org saytına açıqlamasında həmin polisləri şəhid elan edib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Nardaranda baş vermiş hadisə ilə bağlı rəsmi açıqlama yayıb. Açıqlamaya görə, Nardarandakı əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, 2 polis vəfat edib, daha bir neçə nəfəri yaralanıb
Geri dön