Ana Sayfa > M / Karusel / Gündəm > Mingəçevirə yeni polis rəisi təyin edildi

Mingəçevirə yeni polis rəisi təyin edildi


26-11-2015, 13:10. Yazar: Xeberaz
Mingəçevirə yeni polis rəisi təyin edildi
Bədəlov vəzifəsindən uzaqlaşdırılıb.

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi həyata keçirilib.

Xəbəraz.az xəbər verir ki, AzVision.az-ın əldə etdiyi xəbərə görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Yasamal Rayon Polis İdarəsinin rəis müavini, polkovnik-leytenant Cavid Muradov Mingəçevir Rayon Polis İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Mingəçevir Rayon Polis İdarəsinin rəisi Ələsgər Bədəlov pensiya yaşına çatdığına görə, vəzifəsindən uzaqlaşdırılmışdı.
Geri dön