Ana Sayfa > M / Karusel / İqtisadiyyat / M2 > Dünya bazarında xam neftin qiyməti azalıb

Dünya bazarında xam neftin qiyməti azalıb


1-04-2015, 18:36. Yazar: Xeberaz
Dünya bazarında xam neftin qiyməti azalıb
SOCAR məlumat yaydı.

Mart ayında dünya bazarında xam neftin qiyməti azalıb.

Bu barədə xeberaz.az Oxu.Az-a istinadən SOCAR-dan məlumat verilib.

Belə ki, mart ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 55,93 dollara, Urals nefti - 55,07 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 57,33 dollara satılıb.

Məlumat üçün bildirək ki, ötən ay (fevral) dünya bazarında Brent tipli xam neftin 1 bareli 58,13 dollara, Urals nefti - 57,81 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 59,99 dollara satılıb.
Geri dön