Ana Sayfa > M / Karusel / Siyasət > Ərdoğandan vurulan təyyarə ilə bağlı açıqlama - "Heç kim, heç kimi aldatmasın"

Ərdoğandan vurulan təyyarə ilə bağlı açıqlama - "Heç kim, heç kimi aldatmasın"


24-11-2015, 22:33. Yazar: Xeberaz
Ərdoğandan vurulan təyyarə ilə bağlı açıqlama - "Heç kim, heç kimi aldatmasın"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün türk ordusunun Rusiya təyyarəsini vurmasına münasibət bildirib.

Ərdoğan hamının Türkiyənin öz sərhədlərini müdafiə etmək hüququna hörmət etməsi lazım olduğunu bildirib.

"Türkiyənin öz sərhədlərini müdafiə etmək hüququna hər kəs hörmət etməlidir. Bu bir alqış məsələsi deyil. Biz buna şahid olmaq istəmirdik. Amma belə bir vəziyyətlə qarşı-qarşıya buraxılmağın iztirabını yaşayırıq. Son hadisənin qarşısını almaq üçün əlimizdən gələni etdik."

Ərdoğan Türkmənlərə qarşı həyata keçirilən əməliyyatlara da münasibət bildirərək "Heç kim, heç kimi aldatmasın. “İŞİD-i vururuq” deyərək Bayırbucaq türkmənlərinə hücum olunur” deyib. Avropa.info
Geri dön