Ana Sayfa > M / Karusel / Şou-Biznes > Natali Sakalevskaya “Miss Azerbaijan-2015” ola bilər – FOTO
Natali Sakalevskaya “Miss Azerbaijan-2015” ola bilər – FOTO1-04-2015, 14:11. Yazar: Xeberaz |
Gənc qızlar öz model yerişi və şəxsi bacarıqlarını nümayiş etdiriblər. Azərbaycanda “Miss Azerbaijan-2015” gözəllik müsabiqəsi davam edir. Xeberaz.az Oxu.Az-a xəbər verir ki, bu günlərdə müsabiqənin yarımfinalı baş tutub. Yarımfinalda gənc qızlar öz model yerişi və şəxsi bacarıqlarını nümayiş etdiriblər. Sonda jüri növbəti mərhələyə keçəcək 16 qızı seçib. Seçim aşağıdakı qaydada aparılıb – jüri üzvlərinin verdiyi ballar + onlayn səsvermənin balları. Finala aşağıdakı qızlar keçiblər: 3. Nataliya Sakalevskaya 6. Yuliya Vajnina 10. Leyla Feyzullayeva 12. Leyla İzzətova 15. Turəxanım Qasımlı 16. Səkinə Sarıyeva 17. Mehriban Muradova 18. Könül Əliyeva 19. Yekaterina Morozova 22. Aynura Abdullayeva 25. Nigar İbrahimova 29. Əfsanə Qasımova 31. Emiliya Həmidova 32. Elvira Quliyeva 33. Nərmin Zamanova 42. Səidə Abdullayeva Onu da qeyd edək ki, “Miss Azerbaijan-2015” müsaqbiəsinin rəsmi saytında artıq başa çatan onlayn səsvermənin yekunlarına görə ilk pillədə Nataliya Sakalevskaya qərarlaşıb. O, səslərin 17%-ni toplayıb. Ümumilikdə isə, sosial şəbəkələrdə aparılan müzakirələr də ictimaiyyətin daha çox Nataliyaya üstünlük verdiyini göstərir. Müsabiqənin yarımfinalından çəkilmiş fotolar və qalib gəlmək şansları yüksək qiymətləndirilən Nataliya Sakalevskayanın şəxsi Facebook profilində paylaşdığı fotoşəkilləri təqdim edirik. Geri dön |