Ana Sayfa > M / Karusel / Siyasət > Putin İrana gedir

Putin İrana gedir


20-11-2015, 21:26. Yazar: Xeberaz
Putin İrana gedir
Rusiya prezidenti danışıqlar aparacaq.

Rusiya prezidenti Vladimir Putin Tehranda İran prezidenti Həsən Ruhani və ölkənin dini lideri Əli Xamneyi ilə görüşəcək.

Xəbəraz.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya dövlət rəhbərinin köməkçisi Yuri Uşakov bildirib.

“Tehran səfəri zamanı İranın dini lideri Əli Xamneyi və respublikanın prezidenti Həsən Ruhani ilə danışıqlar aparılacaq”, - Uşakov bildirib.

Onun sözlərinə görə, həmçinin ikitərəfli əməkdaşlıq, iqtisadi-investisya qarşılıqlı fəaliyyəti, nüvə energetikası, neft və qaz hasilatı ilə bağlı aktual məsələr müzakirə olunacaq.

Daha öncə Putinin noyabrın 23-də qaz ixrac edən ölkələrin forumunda iştirak etmək üçün İrana səfər edəcəyi barədə məlumat yayılmışdı
Geri dön