Ana Sayfa > M / Karusel / İdman / Foto-fakt > Ziya Bayramov K-1 üzrə dünya çempionu oldu - FOTO

Ziya Bayramov K-1 üzrə dünya çempionu oldu - FOTO


18-11-2015, 17:51. Yazar: Xeberaz
Ziya Bayramov K-1 üzrə dünya çempionu oldu - FOTO
Bayramov serbiyalı rəqibini nokautla məğlub edib.

İtaliyada keçirilən K-1 üzrə dünya çempionatına yekun vurulub.

Xəbəraz.az xəbər verir ki, Oxu.Az-a daxil olan məlumata görə, təmsilçimiz Ziya Bayramov (80 kq) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.

Yarımfinalda Polşa, həlledici görüşdə isə İsveç idmançısına nokautla qalib gələn Bayramov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Daha bir idmançımız 49 kq-da çıxış edən Ramazan Abdullayev də komanda yoldaşının uğurunu təkrarlayıb.

Yarımfinalda Almaniya, finalda isə İtaliya təmsilçisindən güclü olan Ramazan Abdullayev dünya çempionatının qızıl medalını qazanıb.

Eyni zamanda peşəkar görüş keçirən Tural Bayramov serbiyalı rəqibini nokautla məğlub edib.
Ziya Bayramov K-1 üzrə dünya çempionu oldu - FOTO
Ziya Bayramov K-1 üzrə dünya çempionu oldu - FOTO
Geri dön